Azərbaycana daha bir vaksin gətiriləcək - Nazirlik təsdiqlədi

16:30 - 12.03.2021


 

12 mart, Fineko/abc.az. Səhiyyə Nazirliyi  Rusiya istehsalı olan “Sputnik V” peyvəndini istifadə üçün təsdiq edib.

Səhiyyə Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, bu peyvənd artıq 50-dən çox ölkədə qeydiyyata alınıb və “COVID-19” koronavirus infeksiyasına qarşı müvəffəqiyyətlə istifadə olunmaqla yüksək effektivlik göstərir.

Məlumata görə, Rusiyada 6 milyondan çox insan “Sputnik V” vaksini ilə peyvənd olunub.

Yaxın zamanda bu peyvəndin ölkəyə gətirilməsi təmin olunacaq.

 

Bütün xəbərlər