Dağıdılmış ərazi 10 min kvadrat kilometrdən çoxdur – İlham Əliyev

10:17 - 15.03.2021


15 mart, Fineko/abc.az. Biz artıq işğaldan azad edilmiş ərazilərin bərpasına başlamışıq.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Lindenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki,  yenidənqurma proqramı artıq həyata keçirilir.

"Çox iş görülməlidir, çünki, işğaldan azad edilmiş ərazilərdə hər şey - şəhərlər, kəndlər, mədəni abidələr, bütün infrastruktur dağıdılıb. Həqiqətən də işlərin miqyası böyük olacaq. Tamamilə dağıdılmış ərazi 10 min kvadratkilometrdən çoxdur" - deyə İ.Əliyev qeyd edib.

 

Bütün xəbərlər