Gürcüstanda yoluxmalar kəskin azaldı - 2 nəfər ölən var

12:06 - 15.03.2021


15 mart, Fineko/abc.az. Gürcüstanda son 24 saatda 159 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, mövcud virusdan müalicə alan pasiyentlərdən isə 328 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 275,148 nəfərə çatıb.

Onlardan 268565 nəfəri isə tam olaraq sağalıb.

Bu gün virusdan 2 nəfərin ölməsi ilə bərabər ümumilikdə 3,650 nəfər həyatını itirib.

 

Bütün xəbərlər