Koronavirusla Mübarizəyə Dəstək Fonduna 114 milyon manat toplanıb - Əli Əsədov hesabat verdi

11:40 - 16.03.2021


16 mart, Fineko/abc.az. Dövlət başçısının tapşırığı ilə Azərbaycanın bütün resursları pandemiya ilə mübarizəyə cəlb edilib.

ABC.AZ xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatının müzakirəsi zamanı deyib.

O qeyd edib ki, ötən il pandemiya ilə bağlı səhiyyə xərcləri 644 milyon manat təşkil edib.

"Koronavirusa Dəstək Fonduna 114 milyon manat toplanılıb və fondun maliyyə vəsaiti hesabına vaksinlər alınıb ölkəmizə gətirilib. Bu günə qədər artıq 460 min nəfərə yaxın əhali vaksinasiya olunub" deyə Ə.Əsədov bildirib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər