Azərbaycana gətirilən avtomobillərin sayı kəskin azalıb – Hesabat

15:36 - 16.03.2021


16 mart, Fineko/abc.az. 2021-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycana 100 milyon 112 min dollar dəyərində 9 min 437 ədəd avtomobil idxal edilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ötən ilin analoji dövrünə nisbətən 18,3% və ya 2 min 110 ədəd azalma deməkdir.

Belə ki, 2020-ci ilin yanvar-fevral aylarında Azərbaycana 122 milyon 892 min dollar dəyərində 11 min 547 ədəd avtomobil idxal edilmişdi.

Minik avtomobillərinə gəlincə onun  idxalı 10 min 717 ədəddən 8 min 619 ədədə geriləyib.

 

Bütün xəbərlər