Ötən 2 ayda Azərbaycana 123 ölkədən əcnəbi gəlib – Hesabat

14:49 - 17.03.2021


17 mart, Fineko/abc.az. Koronavirus pandemiyasının yaratdığı böhran nəticəsində turizm sektorunda müşahidə olunan tənəzzül davam edib.

Dövlət Sərhəd Xidmətindən ABC.AZ-a daxil olan məlumata görə, 2021-ci ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 123 ölkəsindən 72,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,9 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər