Hansı ölkələrdən Azərbaycana gələnlər azalıb? – Statistika

15:15 - 17.03.2021


17 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Sərhəd Xidməti ötən ilin 2 ayında Azərbaycana gələn əcnəbilərlə bağlı statistik göstəriciləri açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-fevral aylarında ölkəmizə Gürcüstandan gələnlərin sayı 16,3 dəfə, Qazaxıstandan - 11,1 dəfə, Türkmənistandan - 10,0 dəfə, Özbəkistandan - 6,3 dəfə, Rusiya Federasiyasından - 5,1 dəfə, Ukraynadan - 4,5 dəfə, Böyük Britaniyadan - 4,4 dəfə, Belarusdan - 2,6 dəfə, İrandan - 2,5 dəfə, Türkiyədən - 2,3 dəfə azalıb. 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə ümumilikdə körfəz ölkələrindən gələnlərin sayı 5,6 dəfə azalaraq 11,0 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 5,2 dəfə azalaraq 28,3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 4,3 dəfə azalaraq 2,8 min nəfər olub.

 

Bütün xəbərlər