Azərbaycandan xaricə gedənlər də azalıb - 13 dəfədən çox

15:38 - 17.03.2021


17 mart, Fineko/abc.az. Bu ilin yanvar-fevral aylarında Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 73,0 faizi dəmir yolu və avtomobil, 23,2 faizi hava, 3,8 faizi isə dəniz nəqliyyatından istifadə edib.

ABC.AZ Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 13,5 dəfə azalaraq 60,9 min nəfər olub.

Ölkə vətəndaşlarının 47,3 faizi Türkiyəyə, 17,3 faizi Rusiyaya, 10,5 faizi Gürcüstana, 8,3 faizi İrana, 16,6 faizi digər ölkələrə səfər edib. Gedənlərin 77,7 faizini kişilər, 22,3 faizini qadınlar təşkil edib.

Bu dövrdə ötən ilin eyni dövrü ilə müqayisədə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 62,4 dəfə, Gürcüstana gedənlərin sayı 37,5 dəfə, Rusiyaya gedənlərin sayı 13,5 dəfə, Türkiyəyə  gedənlərin sayı isə 2,8 dəfə azalıb.

 

Bütün xəbərlər