“ASAN xidmət” mərkəzi sadələşdirilmiş vergi ödəyicilərinə əlavə xidmətlər göstərəcək

11:20 - 6.03.2018


6 mart, Fineko/abc.az. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzi sadələşdirilmiş vergi ödəyicilərinə əlavə xidmətlər göstərəcək.

Agentliyin məlumatında deyilir ki, mərkəzdə, vergi ödəyicilərinə  vergi üzrə hesabatlarının tərtib edilməsi üzrə xidmətlər göstəriləcək.

Vətəndaşlara rüblük sadələşdirilmiş, illik əmlak və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin təqdim edilməsi, şəhadətnamə-dublikatların onlayn sifariş edilməsi, onlayn kargüzarlıq bölməsinə gəlmiş məktubların vaxtında cavablandırılması, aylıq elektron qaimələrin göndərilməsi, əmək müqavilələrinin onlayn qeydiyyatı, Dövlət Sosial Müdafiə Fonduna rüblük hesabatının verilməsi, Dövlət Statistika Komitəsinə rüblük və illik hesabatların təqdim edilməsi xidmətləri göstəriləcək.

 

 

Bütün xəbərlər