Ötən 2 ayda ixrac olunan sementin həcmi açıqlanıb

15:25 - 18.03.2021


18 mart, Fineko/abc.az. Fevralda Azərbaycandan 35,5 min tondan çox hazır və ya klinker formasında sement məhsulları ixrac edilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ay ərzində ixrac edilən sement məhsullarının dəyəri isə 1 milyon 172 min ABŞ dolları olub.

Müqayisə üçün qeyd edək ki, yanvarda Azərbaycandan 30 min tondan çox hazır və ya klinker formasında sement məhsulları ixrac olunub. Həmin ixracın dəyəri isə 1,02 mln dollar təşkil etmişdi.

Müəllif: Elmir Murad

Bütün xəbərlər