Qonşu ölkədə virus 9 can aldı - 360 yeni yoluxma

11:51 - 19.03.2021


19 mart, Fineko/abc.az. Gürcüstanda son 24 saatda 360 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, mövcud virusdan müalicə alan pasiyentlərdən isə 242 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 276796 nəfərə çatıb.

Onlardan 269626 nəfəri isə tam olaraq sağalıb.

Bu gün virusdan 9 nəfərin ölməsi ilə bərabər ümumilikdə 3,683 nəfər həyatını itirib.

 

Bütün xəbərlər