"ASAN xidmət"-lər bayram günlərində işləməyəcək

15:33 - 19.03.2021


19 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi sabahdan etibarən Azərbaycanda Novruz tətilləri başlayır.

ABC.AZ "ASAN xidmət"-ə istinadən xəbər verir ki, 20-28 mart tarixində Novruz bayramı ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

Məlumata görə, 29 mart tarixindən etibarən isə mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlanmaq mümkündür.

 

Bütün xəbərlər