Martın 7-də gözlənilən hava durumu haqqında məlumat

14:52 - 6.03.2018


6 mart, Fineko/abc.az.  Sabah Bakıda və Abşeronda hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq.  Mülayim cənub-qərb küləyi əsəcək.

Termometrlər Abşeron yarımadasında gecə  müsbət 4-6, gündüz müsbət  10-15,  Bakıda gecə müsbət  4-6, gündüz 13-15 müsbət dərəcəni göstərəcək.

Atmosfer təzyiqi  766 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80%, gündüz 50-55% təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb  küləyinin sürəti bəzi yerlərdə arabir yüksələcək.

Gecə 1-6, gündüz 13-18, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti olacağı deyilir.

 

Bütün xəbərlər