Gürcüstanda yoluxma azaldı – Ölənlər isə artdı

12:12 - 29.03.2021


29 mart, Fineko/abc.az. Gürcüstanda son 24 saat ərzində 171 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, mövcud virusdan müalicə alan pasiyentlərdən 382 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 280 472 nəfərə çatıb.

Onlardan 272 601 nəfəri isə tam olaraq sağalıb.

Bu gün virusdan 14 nəfərin ölməsi ilə bərabər ümumilikdə 3 765 nəfər həyatını itirib.

 

Bütün xəbərlər