Aqrar sığortada iki sığorta zərfi mövcuddur – Şərtlər

16:25 - 29.03.2021


29 mart, Fineko/abc.az. Hazırda aqrar sığorta vasitəsilə 1-7 yaşlı südlük inəkləri sığortalamaq mümkündür.

Aqrar Sığorta Fondundan ABC.AZ-a daxil olan məlumata görə, aqrar sığorta şərtlərinə əsasən, inəklərin sığortası üzrə iki sığorta zərfi mövcuddur.

Bunlar baza risklərini əhatə edən 1-ci və daha geniş riskləri əhatə edən 2-ci sığorta zərfləridir.

Sığorta müqaviləsini 1-3 illik müddətə bağlamaq mümkündür.

Müqavilənin müddəti artdıqca, illik sığorta tarifi və sığorta haqqı aşağı düşür.

 

Bütün xəbərlər