Altıağac Milli Parkının rəhbərliyinə qarşı cinayət işi açıldı

30.03.2021,14:33


30 mart, Fineko/abc.az. Altıağac Milli Parkında külli miqdarda qanunsuz ağac kəsilməsi faktı aşkarlanıb.

ABC.AZ Trend-ə istinadən xəbər verir ki, fakta görə Xızı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsilə cinayət işi başlanıb.

Cinayət işinin istintaqı zamanı Milli Parkın direktoru Elbrus Əliyev və onun müavini Ədalət Ələkbərovun korrupsiya faktları da ortaya çıxıb.

Məlum olub ki, qanunsuz ağac kəsmə faktlarına görə park rəhbərliyi müəyyən şəxslərdən rüşvət tələb edib. Milli park rəhbərliyinin korrupsiya faktları cinayət işinin araşdırılması zamanı təsdiqini tapıb.