Bakıda yeni yerüstü piyada keçidi inşa edilib - Foto

14:46 - 30.03.2021


30 mart, Fineko/abc.az. Qala-Pirallahı avtomobil yolunun 3,6-cı km-də yeni yerüstü piyada keçidi inşa edilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ABC.AZ-a daxil olan məlumata görə, müasir görünüşü ilə fərqlənən keçidin uzunluğu 76.7 metr, daxili hündürlüyü 3 metr, keçidaltı qabariti 2,5 metrdir.

Piyada keçidi 2 giriş-çıxışdan ibarətdir.

Qeyd edək ki, 2020-ci ildə ölkədə və Bakıda 9 piyada keçidi tikilərək istifadəyə verilib.

 


Bütün xəbərlər