Birinci vitse-prezidentin köməkçisinə daha bir vəzifə verildi - Sərəncam

15:31 - 30.03.2021


30 mart, Fineko/abc.az. Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” QSC-nin Müşahidə Şurasının tərkibini təsdiq edib.

ABC.AZ xəbər verir ki, dövlət başçısının imzaladığı Sərəncamla Müşahidə Şurasının sədri nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev, Müşahidə Şurasının üzvləri

Birinci vitse-prezidentin köməkçisi

Emin Hüseynov, Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mursaqulov, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru

Ruslan Əlixanov, İqtisadiyyat nazirinin müşaviri Emil Məcidov olub.

 

Bütün xəbərlər