Bu rayonlardakı sahibkarlar üçün yenilik - Artıq lisenziyanı rahat alacaqlar

16:27 - 30.03.2021


30 mart, Fineko/abc.az. Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektləri müxtəlif fəaliyyət sahələrinə İqtisadiyyat Nazirliyi tərəfindən verilən lisenziyalar üçün “Xaçmaz KOB evi"nə də müraciət edə bilərlər.

ABC.AZ-ın məlumatına görə, mart ayında "Xaçmaz KOB evi" vasitəsilə sahibkarlıq subyektinə bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı üçün lisenziya verilib.

Həmçinin, mart ayında Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən bir sıra sahibkarlıq subyektlərindən müxtəlif fəaliyyət sahələrinə lisenziyaların verilməsi üçün “Xaçmaz KOB evi”nə müraciətlər daxil olub.

 

Bütün xəbərlər