Baş Prokurorluqda yeni təyinat - Kamran Əliyevin köməkçiləri artdı

17:02 - 30.03.2021


30 mart, Fineko/abc.az. Baş Prokurora yeni köməkçi təyin olunub.

ABC.AZ-ın Apa-ya istinadən məlumatına görə, bu barədə Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, ədliyyə müşaviri Abbasov Mahir Fəxrəddin oğlu Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi təyin edilib.

Qeyd edək ki, M. Abbasov buna qədər Baş Prokurorluğun İstintaq İdarəsinin böyük prokuroru olub.

 

Bütün xəbərlər