Acınohurda ovçuluq edən ərəblər barədə daha bir açıqlama

17:27 - 30.03.2021


30 mart, Fineko/abc.az. "Ərəblərə pulla satılan göyərçinlər əkin sahələrinin kənarlarında olan çöl göyərçinləri deyil".

ABC.AZ-ın Report-a istinadən məlumatına görə, bunu İlisu Dövlət Təbiət Qoruğunun direktor müavini Azərçin Muradov “Ekspert saatı”nda çıxışı zamanı deyib.

O qeyd edib ki, ərəblər ovla yox, quş təlimi ilə məşğul idilər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov isə deyib ki, ərəblər barədə İnzibati xətalər məcəlləsi barədə cərimə təyin olunub: “Ən yüksək məbləğdə cərimələr tətbiq edilib. 4 056 manat cərimə təyin edilib və tam ödənilib”. O, cərimələnən ərəblərin adlarını da açıqlayıb: "Rubelin Muhammed barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə, 1 baş boz durnanı qanunsuz ovlayan Rəşed İcaber və özünə məxsus şahin quşu ilə 4 baş bildirçini ovlayan Abdulmacid Çemçi barəsində 272.3 maddəsi ilə protokol tərtib edilib".

 

Bütün xəbərlər