Azərbaycanda koronavirusa ən çox yoluxan ərazilər – Siyahı

10:46 - 31.03.2021


31 mart, Fineko/abc.az. Azərbaycanda ölkə üzrə koronavirusa ən çox yoluxma 53,7 faiz yenə də Bakıda qeydə alınıb.

ABC.AZ koronavirusinfo.az saytına istinadən məlumatına görə, Aran rayonlarında yoluxma 12,9 faiz, Abşeronda 12,4 faiz, Gəncə-Qazaxda 7,8 faiz, Şəki-Zaqatalada 3,5 faiz, Quba-Xaçmazda 2,9 faiz, Lənkəranda 2,7 faiz, Dağlıq Şirvanda 2,4 faiz, Yuxarı Qarabağda 1,4 faiz və Naxçıvanda yoluxma 0.04 faiz təşkil edir. 

Qeyd edək ki, ümumi yoluxanların 51 faizini qadınlar, 49 faizini isə kişilər təşkil edir.

 

 

Bütün xəbərlər