330x110
 

Evdən çıxan koronavirus xəstələrinə qarşı cinayət işi açıldı

31.03.2021,15:14


31 mart, Fineko/abc.az. Koronavirus xəstələri ictimai yerlərdə müəyyən olunaraq saxlanılıb.

DİN-dən ABC.AZ-a daxil olan məlumata görə, martın 30-da polis əməkdaşları respublika ərazisində 7 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkar edərək saxlayıb.

Həmin şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, onların yaşayış yerlərini tərk etdikləri müəyyən olunub.

Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən Bakı şəhər sakini B.Məmmədova, Qax rayon sakini V.Canaşvili və Gədəbəy rayon sakini İ.Mirzəliyev barəsində Cinayət Məcəlləsinin 139-1.1 maddəsi ilə cinayət işi başlanılıb.