330x110
 

Komitə binanın fasadının üzlənməsinə 7 milyon manatdan çox pul xərcləyəcək

01.04.2021,10:44


1 aprel, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi "Dövlət Gömrük Komitəsi yeni inzibati binasının fasadının üzlənməsi ilə bağlı ilkin işlərin yerinə yetirilməsi" üçün elen etdiyi tenderi yekunlaşdırıb.

ABC.AZ xəbər verir ki, qalib şirkət "FF Construction" MMC seçilib.

"Azərterminalkompleks" qalib şirkətlə məbləği 7 milyon 576 min 420.79 manat olan müqavilə imzalayıb.