330x110
 

Türk dünyası yenidən Zəngəzur dəhlizi vasitəsilə birləşəcək - Vüqar Bayramov

01.04.2021,12:01


1 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi millət vəkili Vüqar Bayramov Zəngəzur dəhlizinin önəmini şərh edib.

ABC.AZ-ın məlumatlna görə, deputat qeyd edib ki, Zənhızur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək.

"Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir.

Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq.

Dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsilə birləşəcək” deyə V.Bayramov qeyd edib.

Müəllif: Elmir Murad