Qonşu ölkədə yoluxma sayı azalır - Statistika

11:45 - 1.04.2021


1 aprel, Fineko/abc.az. Gürcüstanda son 24 saatda 499 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, mövcud virusdan müalicə alan pasiyentlərdən isə 437 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 282,260 nəfərə çatıb.

Onlardan 273,604 nəfəri isə tam olaraq sağalıb. Bu gün virusdan 7 nəfərin ölməsi ilə bərabər ümumilikdə 3,785 nəfər həyatını itirib.

 

Bütün xəbərlər