Azərbaycandan Türkiyəyə getmək asanlaşdı - Çavuşoğludan açıqlama

11:50 - 1.04.2021


1 aprel, Fineko/abc.az. “Bu gündən etibarən can Azərbaycana səyahətlər yalnız şəxsiyyət vəsiqəsi ilə mümkün olacaq”.

ABC.AZ xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu öz tvitter hesabında yazıb. O qeyd edib ki, bütün maneələr aradan qaldırılır.

"Qardaşlığımız daha da güclənir. Vətəndaşlarımız və azərbaycanlı qardaşlarımız üçün xeyirli olsun”, - deyə Türkiyə XİN başçısı qeyd edib.

 

Bütün xəbərlər