Sorğunun nəticələri açıqlandı - Resondentlərin 45,7 faizi distant təhsili dəstəkləyir

15:29 - 1.04.2021


1 aprel, Fineko/abc.az. Təhsil Nazirliyi pandemiya dövründə ümumi təhsil müəssisələrində tədrisin təşkili ilə bağlı ictimai rəy sorğusunun nəticələrini açıqlayıb.

ABC.AZ xəbər verir ki, martın 30-da elan olunan sorğu çərçivəsində 50.000-dən çox rəy qəbul edilib.

Respondentlərin əksəriyyəti - 45,7 faizi bütün siniflər üzrə tədrisin distant formaya keçirilməsini istəyiblər.

19,5 faiz yoluxmanın daha çox olduğu bölgələrdə tədrisin distant, digərlərində isə ənənəvi formada davam etdirilməsi, 17,2 faizi fəaliyyətin mövcud qaydada davam etdirilməsini, 6,3 faiz isə yalnız V-IX siniflər üzrə tədris distant formaya keçirilməsi bəndini seçiblər.

 


Bütün xəbərlər