330x110
 

Bu şəhər və rayonlarda məktəblər bağlanır – Siyahı

01.04.2021,15:52


1 aprel, Fineko/abc.az. Mövcud pandemiya şəraiti ilə əlaqədar növbəti həftədən etibarən tədrisin təşkili ilə bağlı yeni normaların tətbiqi planlaşdırılır.

Təhsil Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant formada təşkili nəzərdə tutulur.

Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.