330x110
 

Yoluxma halları artarsa digər ərazilərdə də distant tədrisə keçiləcək – Nazir

01.04.2021,16:05


1 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi aprelin 5-dən bəzi şəhər və rayonlarda mətkəblər distant tədrisə keçir.

ABC.AZ-ın məlumatına görə, Təhsil naziri Emin Əmrullayev feysbuk səhifəsində məsələyə münasibət bildirib. Nazir qeyd edib ki, bu gün yoluxmanın üstünlük təşkil etdiyi ərazilərdə (Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonun) tədrisin distant formaya keçirilməsi ilə bağlı qərar qəbul edildi.

"Təhlillər göstərir ki, son həftə ərzində olan yoluxmaların 80 %-dən çoxu bu bölgələrin payına düşür. Yoluxma hallarının daha az baş verdiyi yerlərdə tədris əyani formada həyata keçiriləcək, lakin yoluxma halları artdığı təqdirdə həmin ərazilərdə də tədrisin distant formaya keçirilməsi nəzərdə tutulur" deyə nazir qeyd edib.

Müəllif: Elmir Murad