Hazırlıq kursları işlərini davam etdirəcək - Təhsil nazirliyi

16:50 - 1.04.2021


1 aprel, Fineko/abc.az. Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda hazırlıq kursları fəaliyyətini davam etdirəcək.

ABC.AZ-ın məlumatına görə, Təhsil Nazirliyinin bugünkü qərarında aprelin 5-də həmin ərazilərdə yalnız ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili, yəni məktəblərin bağlanması məsələsi yer alıb.

Beləliklə, bağlanan təhsil ocaqları sırasına hazırlıq kursları daxil deyil.

Nazirliyin məlumatında o da qeyd olunub ki, digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.

 

Bütün xəbərlər