Ekspres konteyner blok qatarı Türkiyədən yola düşüb - İlk dəfə

11:05 - 5.04.2021


5 aprel, Fineko/abc.az. “TURKUAZ” layihəsi çərçivəsində ilk ekspres konteyner blok qatarı Türkiyədən yola düşüb.

"ADY Container”dən ABC.AZ-a daxil olmuş məlumata görə, qatar hər biri 45 futluq olmaqla 21 konteynerdən ibarətdir.

Paysan stansiyasından yola çıxan qatarın yükü isə bitki mənşəli heyvan yemidir. TURKUAZ "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkəti olan "ADY Container”- in Türkiyə və Gürcüstandan olan tərəfdaşları ilə birgə hazırladığı yeni logistik məhsuldur.

 

Bütün xəbərlər