Dünya Bankı Azərbaycana kredit limitində dəyişiklik edə bilər

15:57 - 5.04.2021


5 aprel, Fineko/abc.az. Dünya Bankı Azərbaycana verdiyi borclar baxımından əsnəkliyə sahibdir.

ABC.AZ-ın Report-a istinadən məlumatına görə, bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl deyib.

Onun sözlərinə görə, Azərbaycanın müraciəti ilə rəsmi Bakının kredit limitində dəyişiklik edilə bilərlər: “Açıq şəkildə görünür ki, mövcud situasiyada biz əlimizdən gələn qədər faydalı olmağa çalışırıq. Bir sözlə təqdim edə biləcəyimiz maliyyə dəstəyinin maksimal həddi yoxdur. Onu deyə bilərəm ki, Azərbaycanın müraciət edəcəyi təqdirdə ölkəniz üçün ayıra biləcəyimiz çox böyük maliyyə imkanlarımız var”.

 

Bütün xəbərlər