330x110
 

Azərbaycanla Türkiyə arasında daha bir saziş təsdiqləndi

06.04.2021,10:21


6 aprel, Fineko/abc.az. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla müdafiə sənayesi sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib.

ABC.AZ xəbər verir ki, qərar bu gün “Resmi Gazete”də dərc olunub.

“31 oktyabr 2017-ci il tarixində imzalanan və 7270 saylı qanunla təsdiqlənməsi uyğun görülən əlavəli “Türkiyə Hökuməti ilə Azərbaycan Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş”in 9 saylı Prezident fərmanının 2 və 3-cü maddələri əsasında təsdiqlənməsinə qərar verilmişdir”, - deyə məlumatda qeyd olunub.

Türkiyə Prezidentinin təsdiqi ilə saziş qüvvəyə minib.