İlon Mask bir gündə 6 milyard dollar qazandı – Səhmlərin bahalaşmasından

12:07 - 6.04.2021


6 aprel, Fineko/abc.az. Hər il sərvətinə sərvət qatmağı bacaran “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask daha da varlanıb.

ABC.AZ-ın məlumatına görə, onun bir gündə sərvəti 6 milyard dollar artıb.

Hazırda Maskın 169,8 milyard dollar sərvəti olduğu bildirilir.

“Forbes” nəşrinə görə, İlon Mask dünyanın ən zəngin ikinci adamıdır. İqtisadçılar Maskın sərvət artımının rüblük qazancını açıqlanmasından sonra onun səhmlərinin bahalaşmasından qaynaqlandığını açıqlayıblar.

Müəllif: Elmir Murad

Bütün xəbərlər