Dünyanın ən zəngin adamları ABŞ-dadır – Siyahı

12:22 - 6.04.2021


6 aprel, Fineko/abc.az. ABŞ-da aparılan araşdırmalardan sonra məlum olub ki, pandemiya dövrü milyarderlər üçün faydalı olub.

ABC.AZ-ın məlumatına görə, iqtisadçıların analizləri zamanı pandemiyanın geridə qalan 1 illik müddətində 2265 milyarderin sərvətlərini 4 trilyon dollar və ya  54% artırdıqlarını müəyyən ediblər.

Belə ki, 2020-ci ilin martın 18-dən bu ilin eyni dövrünə kimi milyarderlərin sərvətləri 8,04 trilyon dollardan 12,39 trilyon dollara yüksəlib.

Milyarderlərim sırasında ən çox sərvət "Amazon.com"-un sahibi Ceff Bezosdadır.

O 113 milyard dollardan 57% artımla 178 milyard dollara yüksələn sərvəti ilə dünyanın ən zənginidir. Sözügedən dövrdə sərvəti artanlar arasında Bernard Arnault və ailəsi də var.

Onların sərvətləri 114% artıraraq 162,6 milyard dollara yüksəlib.

İlon Maskın sərvəti isə  artaraq 162,1 milyard dollara çatıb.

Sözügedən dövrdə Bill Gatesin sərvəti 29% artaraq 126,5 milyard dollara, Marck Zuckerbergin sərvəti isə 86% artımla 101,7 milyard dollara yüksəlib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər