Sığorta şrkətlərindən 12-si balans kapitalını artırıb – Hesabat

12:32 - 6.04.2021


6 aprel, Fineko/abc.az. Ötən il sığorta şirkətlərinin məcmu balans kapitalı 1,1% artıb.

ABC.AZ Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, sözügedən dövrdə ölkədəki sığorta şirkətlərinin balans kapitalı 444 milyon 523 min manata, məcmu nizamnamə kapitalı isə 0,9% artaraq 324 milyon 188 min manata çatıb.

Bazar iştirakçılarından 12-si balans kapitalını, 1-i – “Naxçıvan Sığorta” ASC isə nizamnamə kapitalını artırıb.

 

Bütün xəbərlər