Bakı metrosunda gediş haqları QR kodla da həyata keçiriləcək – Yenilik

14:46 - 6.04.2021


6 aprel, Fineko/abc.az. Bakı metropoliteninin fəaliyyəti bərpa olunandan sonra sərnişinlər yeniliklə tanış olacaqlar.

ABC.AZ-ın məlumatına görə, bunu "Baku Transit Forum 2021 Smart City" tədbirində çıxış edən "Bakı Metropoliteni" QSC-nin işarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov deyib.

O yeniliyin gediş haqları ilə bağlı olduğunu vurğulayıb:  "Səenişinlər güdiş haqlarını QR-kod vasitəsilə həyata keçirə biləcəklər.

Bu və digər növ ödənişlərin həyata keçirməsinə imkan yaradan yeni sistemin qoşulması istiqamətində sınaqlar aparılıb və müsbət nəticələr əldə olunub".

 

Bütün xəbərlər