Nazir müavini AstraZeneca vaksini ilə bağlı iddialara aydınlıq gətirdi

16:53 - 6.04.2021


6 aprel, Fineko/abc.az. “Azərbaycanda yeni növ koronavirusa qarşı “AstraZeneca” şirkətinə məxsus vaksinin istifadəsinə hələlik başlanılmayıb”.

ABC.AZ-ın məlumatına görə, bunu Avropa Dərman Agentliyinin "AstraZeneca" vaksini vurulan bəzi insanların qanında tromb yaranmasının vaksinlə əlaqəli olmasına dair açıqlamasına münasibət bildirən səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

Vətəndaşlara keyfiyyətli və təhlükəsiz vaksin vurulmasına çalışdıqlarını qeyd edən V. Qasımov bütün dünyada vaksinlərlə bağlı məsələnin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tənzimləndiyini söyləyib: “Heç kəs özbaşına qərar qəbul etmir”.

Qeyd edək ki, aprelin 4-də Azərbaycana Koreyadan “AstraZeneca” şirkətinə məxsus 84 000 doza COVID-19 vaksin dərman vasitəsi (“Vaxzevria”) gətrilib. Avropa Dərman Agentliyi peyvənd vurulan şəxslərin qanında müşahidə olunan ciddi tromblaşmanın adıçəkilən vaksinlə əlaqəli olduğu qənaətinə gəlib.

 

Bütün xəbərlər