Ağdaş Mərkəzi Xəstəxanasının direktoruna qarşı cinayət işi başlanıb

17:07 - 6.04.2021


6 aprel, Fineko/abc.az. “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Nuru Nuriyev və Kadrlar şöbəsinin vəzifəli şəxsi Sücaət Hacıyeva rüşvət almaqda təqsirləndirilir.

ABC.AZ-ın Report-a istinadən məlumatına görə, hər iki şəxs barəsində cinayət işinin istintaqı başa çatıb. Nuriyev Nuru İbad oğlu və Hacıyeva Sücaət Əvəz qızına Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi ilə ititham verilib.

Qeyd edək ki, N.Nuriyev 20 ildən artıq Ağdaş Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, xəstəxana publik hüquqi şəxsə çevrildikdən sonra isə direktor işləyib.

 

Bütün xəbərlər