Aktivləri azalan sığorta şirkətləri – Siyahı

10:15 - 7.04.2021


7 aprel, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 19 sığorta şirkətindən 5-nin bu il yanvarın 1-nə aktivləri illik müqayisədə az olub.

ABC.AZ Renkinq-ə istinadən xəbər verir ki, bunlar “PAŞA Həyat Sığorta”, “Atəşgah Sığorta”, “Atasığorta”, “Atəşgah Həyat Sığorta” və “İpək Yolu Sığorta” ASC-lərdir. Ən çox azalma “İpək Yolu Sığorta”da (57,1%), ən az azalma isə “PAŞA Həyat Sığorta”da (1%) qeydə alınıb. Qalan 14 sığorta şirkətinin isə aktivləri artıb.

Ən yüksək dinamika “Azərsığorta”da (52,5%), ən aşağı dinamika isə “Günay Sığorta”da (3,8%) qeydə alınıb.

 

Bütün xəbərlər