330x110
 

Azərbaycanda 43 min 499 vaksin vurulub - Bir gündə

07.04.2021,15:06


7 aprel, Fineko/abc.az. Bu gün Azərbaycanda 43 min 499 doz vaksin vurulub.

ABC.AZ-ın Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən məlumatına görə, birinci mərhələ peyvənd olunanların sayı 27 min 992 təşkil edib, ikinci mərhələdə isə bu rəqəm 15 min 507 olub.

Ümumilikdə, indiyədək ölkədə 1 milyon 25 min 790 doz vaksin vurulub.

Bunlardan 639 min 463-ü birinci mərhələ, 386 min 327-si isə ikinci mərhələ vaksinasiyadır.