TƏBİB-ə daha bir səlahiyyət verildi - Detallar

15:51 - 7.04.2021


7 aprel, Fineko/abc.az. Doğumun qeydə alınması qaydasının pozulmasına görə cərimə səlahiyyəti TƏBİB-ə verilir.

ABC.AZ Apa-ya istinadən məlumatına görə, bu, Milli Məclisdə müzakirəyə çıxarılacaq İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, tibb müəssisəsi tərəfindən doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) TƏBİB-ə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə vəzifəli şəxslər yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə ediləcək.

Qeyd edək ki, əvvəllər bu məsələlərə Səhiyyə Nazirliyi baxırdı.

Bütün xəbərlər