Azad olunmuş ərazilərin bərpasında iştirak etməyə hazırıq - Dünya Bankı rəsmisi

11:18 - 8.04.2021


8 aprel, Fineko/abc.az. Dünya Bankı Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası işlərində iştirak etməyə hazırdır.

ABC.AZ-ın İnterfax-a istinadən məlumatına görə, bunu bankın Bakı ofisinin rəhbəri Sara Maykl deyib.

O qeyd edib ki, nu, Prezident İlham Əliyevlə müzakirə etdiyimiz məsələlərdən biri olub.

"Münaqişələrdən sonra bərpa və inkişafın dəstəklənməsi fəaliyyətimizin əsas sahələrindən biridir. Biz prezidentə bildirdik ki, zərər çəkmiş ərazilərin bərpa olunmasında iştirak etməkdən hökumətlə bu istiqamətdə əməkdaşlıq etməkdən məmnun olarıq”, - deyə o,  bildirib.

 

Bütün xəbərlər