Twitter “Clubhouse”-u almaq istəyir

12:04 - 8.04.2021


8 aprel, Fineko/abc.az. Son vaxtar getdikcə populyarlaşan “Clubhouse” sosial şəbəkəsi özünə diqqət cəlb etməyi bacarıb.

ABC.AZ-ın xarici mediaya istinadən məlumatına görə, artıq "Twitter" şirkəti adıçkilən platformanı almaq üçün hərəkətə keçib. Belə ki, "Twitter" şirkəti bununla bağlı danışıqlara başlayıb.

Şirkət satış üçün "Twitter"-dən 4 milyard ABŞ dolları istəyib. Lakin sonradan danışıqlar naməlum səbəbdən dayandırılıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər