Ağdamda fərdi yaşayış evlərinin təmiri üçün tender elan edilir

12:30 - 8.04.2021


8 aprel, Fineko/abc.az. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi mənzil istismar departamenti Ağdam rayonunda fərdi yaşayış evlərinin təmiri üzrə tender keçirir.

Tenderdə iştirak haqqı 800 manatdır.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderlərdə iştirak etmək üçün sənədləri 28.04.2021 15:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 06.05.2021 15:00 qədər təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 07.05.2021 15:00 tarixində aparılacaq.

Əlaqələndirici şəxs : Fariz Abbasov

Telefon: (+99412) 4301530

 

Bütün xəbərlər