Dövlət sosial sığorta ayırmaları üzrə büdcəyə 895 milyon manatdan çox vəsait daxil olub - Nazir

17:21 - 8.04.2021


8 aprel, Fineko/abc.az. 2021-ci ilin 1-ci rübündə məcburi dövlət sosial sığorta ayırmaları üzrə büdcəyə 895 milyon manatdan artıq vəsait daxil olub (nəzərdə tutulandan 107 mln. manat çox).

ABC.AZ xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O qeyd edib ki, əlavə daxilolmanın 75,1 milyon manatı qeyri-büdcə təşkilatlarının payına düşür. Əmək bazarında şəffaflıq artır.

 

Bütün xəbərlər