Ötən ay yaranmış şirkət ləğv olundu

10:23 - 9.04.2021


9 aprel, Fineko/abc.az. Ötən ay dövlət qeydiyyatına alınmış şirkət yığıncaq keçirərək ləğv olunduğunu elan edib.

ABC.AZ-ın məlumatına görə, sözügedən "SEDDEN" MMC-nin Ümumi Yığıncağı 5 aprel 2021-ci il tarixdə hüquqi şəxsin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul edib.

Kreditorlar 60 gün ərzində ləğv edilən hüquqi şəxsə qarşı tələblərini AZ0116, Abşeron Rayonu, Masazır, Həsən Əliyev, ev.5 ünvana bildirə bilərlər.

Qeyd edək ki, şirkət cari ilin martında dövlət qeydiyyatına alınıb. Müəllif: Elmir Murad

 

Bütün xəbərlər