İlham Əliyev BMT rəsmisinə təşəkkür etdi

12:34 - 9.04.2021


9 aprel, Fineko/abc.az. “Bizə göstərdiyiniz dəstəyə görə təşəkkürümü bildirirəm”.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkırı qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan COVID-lə bağlı bir neçə təşəbbüslə çıxış edib: “Türk Şurasının Zirvə görüşünü, Qoşulmama Hərəkatının Zirvə görüşünü keçirdik və COVID-lə bağlı BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinə də nail olduq və sizin də böyük dəstəyiniz oldu. Hesab edirəm, ondan sonrakı hadisələr göstərdi ki, doğrudan da bu, indi gündəlikdə duran önəmli məsələlərdən biridir".

 

Bütün xəbərlər