Nazir icbari tibbi sığortadan danışdı - Daxilolmalar artıb

16:05 - 9.04.2021


9 aprel, Fineko/abc.az. "Bu ildən İcbari Tibbi Sığorta yığımlarının tətbiqinə başlanıb".

ABC.AZ-ın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazir qeyd edib ki, 1-ci rübdə daxilolmalar 112,3 mln manatdan çox olub (nəzərdə tutulandan 25,5 mln manat artıq).

"İcbari tibbi sığorta sistemi əhalinin etibarlı və keyfiyyətli tibbi xidmətlərdən istifadə imkanlarını artıracaq", - deyə o qeyd edib.

 

Bütün xəbərlər